BNA bəzi küçə və prospektlərdə işıqforların işləməməsi ilə əlaqədar sürücülərə müraciət edb


İqtisadiyyat 03 İyl 2018 07:17:42 331 0

BNA bəzi küçə və prospektlərdə işıqforların işləməməsi ilə əlaqədar sürücülərə müraciət edb

"İşıqforların işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olun"

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza nəticəsində Bakı şəhərinin enerji təminatında yaranmış vəziyyətin paytaxtın nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyində (BNA) gecə saatlarından zəruri tədbirlərin görülməsinə başlanılıb.

"Report" BNA-ya istinadən xəbər verir ki, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib.

Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındaki, mövcüd vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxllığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək.

Paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlər nəticəsində işıqforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə işıqforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edir ki, bəzi küçə və prospektlərdə işıqforların işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar.