SOCAR gücləndirilmiş iş rejiminə keçib


İqtisadiyyat 03 İyl 2018 02:26:08 343 0

SOCAR gücləndirilmiş iş rejiminə keçib

Bütün lazımi təhlükəsizlik məsələləri yoxlanılıb, prosedurlara əməl olunub

SOCAR şirkəti respublika ərazisinin elektrik enerjisi ilə təchizatında yaranmış problem ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

“Report” xəbər verir ki, şirkətin rəhbər heyəti iş başındadır.

Bildirilir ki, bütün lazımi təhlükəsizlik məsələləri yoxlanılıb, prosedurlara əməl olunub. Hazırda bütün sistemlər öz qaydasında fəaliyyət göstərir.