Vaşinqtonda Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib


İqtisadiyyat 28 İyn 2018 09:41:50 92 0

Vaşinqtonda Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib

ABŞ Dövlət Katibinin köməkçisi:"ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır"

27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə ABŞ Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator, diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes dairələrinin təmsilçiləri iştirak edib. Tədbiri açan BP-nin baş direktoru Bob Dadli layihə üzrə görülmüş işlərdən və Cənub Qaz Dəhlizinin rolundan danışıb. O deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində Cənub Qaz Dəhlizi layihəsini həyata keçirmək mümkün olub.

Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir çıxışında Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələrin baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin rolu qeyd olunub: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik,” deyə nazir əlavə edib. Nazir ABŞ Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. P. Şahbazov layihənin vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi qiymətləndirib.

ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon isə çıxışında Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktubundakı fikirləri xatırladaraq bildirib ki, Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik olan layihədir. ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Onun sözlərinə görə, ABŞ ilk vaxtlardan Cənub Qaz Dəhlizinə dəstək verir. Frank Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir. ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə təşəkkürünü bildirib.

Atatürk hava limanında bütün reyslər təxirə salınıb like
  • 28 İyn 09:19  
Digərləri Atatürk hava limanında bütün reyslər təxirə salınıb

İstanbulun Atatürk hava limanında bütün reyslər təxirə salınıb

arrow Ətraflı
İyunun 28-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 28 İyn 09:16  
Digərləri İyunun 28-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 28 iyun tarixindən etibarən valyuta məzənnələ

arrow Ətraflı
Goranboyda 200 ha taxıl sahəsi yanıb like
  • 28 İyn 09:13  
Digərləri Goranboyda 200 ha taxıl sahəsi yanıb

Goranboyda 200 ha biçilmiş taxıl sahəsi yanıb.

arrow Ətraflı
Tanınmış azərbaycanlı aparıcı çəkilişdə zədə aldı like
  • 28 İyn 09:13  
Şou-biznes Tanınmış azərbaycanlı aparıcı çəkilişdə zədə aldı

Son.az-a daxil olan məlumata görə, teleaparıcı İlqar Mikayıloğlu çəkil

arrow Ətraflı
Azərbaycanlı aparıcı ailə həyatı qurdu  FOTO like
  • 28 İyn 09:08  
Şou-biznes Azərbaycanlı aparıcı ailə həyatı qurdu FOTO

Son.az xəbər verir ki, teleaparıcı Arzu Umut türk vətəndaşı ilə ailə

arrow Ətraflı
Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək like
  • 28 İyn 09:07  
Digərləri Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbə

arrow Ətraflı
Tanınmış aktyorun qohumu dənizdə boğuldu  FOTO like
  • 28 İyn 09:02  
Digərləri Tanınmış aktyorun qohumu dənizdə boğuldu FOTO

Son.az-a daxil olan məlumata görə tanınmış aktyor Qurban İsmayılova bəd

arrow Ətraflı
“Facebook” kriptovalyuta reklamlarına icazə verdi like
  • 28 İyn 08:59  
Digərləri “Facebook” kriptovalyuta reklamlarına icazə verdi

"​Facebook" özünün reklam siyasətinə yenidən baxaraq kriptoval

arrow Ətraflı
Smartfonun partlaması şirkət direktorunun ölümünə səbəb oldu like
  • 28 İyn 08:55  
Digərləri Smartfonun partlaması şirkət direktorunun ölümünə səbəb oldu

Son 2 il ərzində partlayan smartfonlar barəsində xəbərlər bir xeyli yayı

arrow Ətraflı
Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb like
  • 28 İyn 08:53  
Dünya Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib.

arrow Ətraflı
“Instagram”ın bazar dəyəri hesablandı like
  • 28 İyn 08:51  
Digərləri “Instagram”ın bazar dəyəri hesablandı

Əgər "Instagram" müstəqil platforma olsaydı, hazırda onun bazar

arrow Ətraflı