Azərbaycanda inflyasiya proqnozu dəyişdirilməyib


İqtisadiyyat 14 İyn 2018 10:29:00 253 0

Azərbaycanda inflyasiya proqnozu dəyişdirilməyib

Bu il qiymət artımının təkrəqəmli olacağı gözlənilir

"Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, inflyasiyanın səviyyəsi ilə bağlıproqnozunu dəyişdirmik. Sadəcə ilin ilk9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək".

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib.

"Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər iinfyasinın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi birrəqəmli səviyyədə olacağı gözlənilir", - deyə o, qeyd edib.