"Apple" şirkətinin rəhbəri telefonda çox vaxt keçirdiyini etiraf edib


İqtisadiyyat 05 İyn 2018 07:59:13 287 0

"Apple" şirkətinin rəhbəri telefonda çox vaxt keçirdiyini etiraf edib

"Düşünürdüm ki, mən bu məsələdə intizamlıyam…Lakin yanılmışam"

"Apple" şirkətinin rəhbəri Tim Kuk öz "iPhone" telefonunda lazım olduğundan daha çox istifadə etdiyini deyib.

“Report” xəbər verir ki, bunu o, CNN telekanalına müsahibəsində etiraf edib.

"Düşünürdüm ki, mən bu məsələdə intizamlıyam…Lakin yanılmışam", - deyə Kuk əlavə edib.

O deyib ki, bunu "Screen Time" funksiyasını sınadıqdan sonra başa düşüb.

"Məlumatları almağa başlayanda, gördüm ki, (öz "iPhone" telefonumla. — Report) lazım olduğundan daha çox vaxt keçirirəm", — deyə "Apple" şirkətinin rəhbəri söyləyib.

Kuk müsahibə zamanı yeni "iOS 12" əməliyyat sistemində keçərli olacaq "Screen Time" funksiyasından danışıb. Bildirilir ki, istifadəçi, xüsusilə, "Screen Time"nin sayəsində proqramlardan istifadə vaxtını tənzimləyə biləcək.