Azərbaycan BOKT-unun səhmdarlarının pay bölgüsü dəyişib


İqtisadiyyat 31 May 2018 12:05:43 360 0

Azərbaycan BOKT-unun səhmdarlarının pay bölgüsü dəyişib

Kredit ittifaqlarından biri “İcraçı Kredit Agentliyi”ndəki payından imtina edib

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının pay bölgüsü dəyişib.

“Report” xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalının 2,11 dəfə artırılaraq 105 933 manatdan 223 450 manata çatdırılması nəticəsində baş verib.

Belə ki, “İcraçı Kredit Agentliyi”nin 12 əməkdaşının (fiziki şəxslər) BOKT-dakı payı 58,85%-dən 67,27%-ə çatıb. Əvəzində kredit ittifaqlarının (hüquqi şəxslər) payı 40,96%-dən 32,54%-ə düşüb. Yeri gəlmişən, əgər 2016-cı ilin yekununda səhmdar kimi onların sayı 10 olubsa, 2017-ci ilin yekununda bu rəqəm 9 olub. Yəni, ittifaqlardan biri payından imtina edib. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının kredit təşkilatındakı payı isə dəyişməyərək 0,19% qalıb.