İndiyə qədər AÇG-dən 258 mln. ton mənfəət nefti satılıb
İqtisadiyyat 31 May 2018 10:18:00 279 0
Bu, dünya bazarlarında realizə olunmuş AÇG neftinin 60%-ni təşkil edir
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Xəzər Neft və Qaz konfransında çıxışı zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"Bu isə dünya bazarlarında realizə olunmuş AÇG neftinin 60%-ni təşkil edir. Azərbaycan artıq 19 ildir AÇG-dən mənfəət nefti əldə edir",- deyə o, qeyd edib.
X.Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) bu il mayın 1-nə qədərAÇG-dən 455 mln. tondan çox neft və 145 mlrd. kubmetr qaz hasil edilib.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş saziş imzalanıb.