"SOCAR Energy Ukraine" rəsmisi: "Biz ziyarətçilərə müştəri deyil, qonaq deyirik"


İqtisadiyyat 29 May 2018 19:47:25 297 0

"SOCAR Energy Ukraine" rəsmisi: "Biz ziyarətçilərə müştəri deyil, qonaq deyirik"

"Biz beynəlxalq korporasiyanın nümayəndələri olaraq biznesin həyata keçirilməsində şəffaflığa xüsusi önəm veririk"

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi olan "SOCAR Energy Ukraine" bu vaxtadək ölkəyə 300 mln. ABŞ dollarından çox investisiya yatırıb".

“Report” xəbər verir ki, bunu Ukrayna mediasına açıqlamasında şirkətin baş direktoru Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, şirkət uzunmüddətli əməkdaşlıqda, topdan və pərakəndə satış istiqamətlərində sərmayələri artırmaqda maraqlıdır: "Biz beynəlxalq korporasiyanın nümayəndələri olaraq biznesin həyata keçirilməsindəşəffaflığa xüsusi önəm veririk".

Şirkətin fəaliyyətinə toxunan E.Məmmədov bildirib ki, şirkət kəmiyyət və ya tez zamanda inkişafı dalınca qaçmır: "Bizim üçün mövcud olan prosesləri mükəmməliyə çatdırmaqdır. Biz Ukrayna bazarına çıxanda arzu edirdik ki, SOCAR xidməti beşulduzlu otellərin səviyyəsinə uyğun olsun. İstəyirdik ki, insanlar yanacaqdoldurma stansiyasına gələn zaman təkcə avtomobil yanacağı üçün deyil, eyni zamanda təəssüratlar üçün gəlsinlər. Ona görə dəəsas məqsəd məhz bu sahədə birinciliyi saxlamaq olub".

Şirkət rəsmisiqeyd edibki, 2017-ci ilin nəticələrinə əsasən, məhz bu yanacaqdoldurma stansiyaları ölkənin yanacaqdoldurma kompleksləri arasında liderdir: "Üstəlik, onlar həmişə müştəriləri yüksək texnoloji həlləri ilə təəccübləndirirlər: yanacaq riteyldə blokçeyn texnologiyaların istifadəsi imkanları öyrənilir, yanacaqdoldurma kompleksləri üzrə virtual ekskursiya təşkil olunur, ekologiya layihələri inkişaf etdirilir və s."

E.Məmmədov vurğulayıb ki, SOCAR8 il ərzindəukraynalıları Azərbaycanın mədəniyyəti, ənənələri, milli bayramları ilə tanış etmək üçün çox iş görüb: "Ənənəvi Azərbaycan motivləri YDS, yeməklərin və içkilərin qablarının dizaynlarında uğurla tətbiq olunub. Hətta burada biz ziyarətçiləri müştəri deyil, qonaq adlandırırıq".