Bakıdan Buxarestə birbaşa aviareys açılacaq


İqtisadiyyat 24 May 2018 11:26:00 286 0

Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Rumıniyanın TAROM aviaşirkəti Azərbaycana uçuşlara başlamaq niyyətindədir

Rumıniyanın milli aviadaşıyıcısı -TAROM Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaqniyyətindədir.

Bu barədə"Report" rumın mətbuatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, aviaşirkət Bakı ilə yanaşı Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevana (Ermənistan) reyslər yerinə yetirməyi planlaşdırır. Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir.

Uçuşlara bu ilin sonuna qədər başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlıdanışıqlar gedir.