Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının kreditləşməsində problemlər var


İqtisadiyyat 24 May 2018 10:54:23 323 0

Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının kreditləşməsində problemlər var

Qurumun mütəxəssisi bu sahədə maliyyə məhsullarının çeşidinin az olduğunu deyib

"Azərbaycanda aqrarsektora verilən kreditlərin 85-90%-i Bakının payına düşür".

"Report" xəbər verir ki, bunuDünya Bankının mütəxəssisi Rufiz Çıraqzadə bildirib.

"Azərbaycanda kənd təsərrüfatı sahəsində maliyyə resurslarına çıxışla bağlı problemlər var. Ölkədə bu sahədə kreditləşmənin ümumi daxili məhsulda payı kiçikdir. Ölkədə uzumüddətli maliyyələşdirmə tələblər yüksəkdir", - deyə o, əlavə edib.

Bundan başqa,Dünya Bankı rəsmisinin sözlərinə görə, bu sahədə maliyyə məhsullarının çeşidi də azdır: "Yeni maliyyə məhsullarınıntətbiqinə ehtiyac var. Kənd təsərrüfatı Dünya Bankının Azərbaycana dəstəyində prioritet sahə olaraq qalır. Hazırda Azərbaycanda icra olunan proqramlar da sektorun səmərəliliyinin, rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə yönəlmiş layihələrdir".