"Azərenerji"nin İstanbulda nümayəndəliyi açılıb


İqtisadiyyat 10 May 2018 15:07:48 280 0

"Azərenerji"nin İstanbulda nümayəndəliyi açılıb

Qurum Şərqi Avropa ölkələrinə də elektrik enerjisi satmaq niyyətindədir

"Azərenerji" ASC-nin Türkiyənin İstanbul şəhərində nümayəndəliyi açılıb.

Bunu "Report"a açıqlamasında qurumunİctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

"Azərbaycan Yunanıstandan sonra Şərqi Avropa ölkələrinə də elektrik enerjisi satmaq niyyətindədir.Hazırda nümayəndəliyin iştiralı iləbu barədə danışıqlar gedir", - deyə o, qeyd edib.