MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb


İqtisadiyyat 10 May 2018 11:55:35 264 0

MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

“Report”un əldə etdiyi məlumata görə,komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Xatırladaq ki, mayın 7-də sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub. Sosial şəbəkələrdə yer alan məlumatlara görə,sistemdə problemlər ucbatından təxminən 1 600 vətəndaşa mənzil əldə etdiyinə dair bildiriş təqdim edilib. Bundan sonra narazı şəxslərMİDA-nın ofisi qarşısına yığışıb.