Milli Məclisin komitə sədri: "Azərbaycanda ərzaq təhlüksəziliyi demək olar ki, təmin olunub"


İqtisadiyyat 07 May 2018 11:05:59 279 0

Milli Məclisin komitə sədri: "Azərbaycanda ərzaq təhlüksəziliyi demək olar ki, təmin olunub"

Ötən il təxminən 700 mln. ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edilib

Azərbaycan ötən il təxminən 700 mln. ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclsiin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkədə ən çox xarici valyutagətirən məhsul pomidor olub. Azərbaycan onun ixracından159 mln. dollar gəlir əldə edib.

"Daha sonra ən çox gəlir gətirən məhsulllar arasında fındıq, pambıq, meyvə-tərəvəz və s sıralanıb. Bu, böyük inkişafdır. Azərbaycanda ərzaq təhlüksəziliyi dədemək olar ki, təmin olunub. Təkcə taxıl, o cümlədənbuğda üzrə problem var. Artıq yeni toxum növləri alınıb. Bu məsələ də həll olunacaq", - deyə deputat qeyd edib.

Bundan başqa, E.İbrahimov deyib ki,Azərbaycanda torpaq səmərəli idarəçiliyi mexanizmi mövcuddur.