Azərbaycanda ipoteka ilə aldığı yeni mənzilə görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq


İqtisadiyyat 02 May 2018 16:44:00 296 0

Azərbaycanda ipoteka ilə aldığı yeni mənzilə görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq

Prezident İlham Əliyev “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanına dəyişiklik edib

Prezident İlham Əliyev “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun2016-cı il tarixli fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, yeni fərmana görə, ilkin mənzil bazarındanipoteka ilə aldığı əmlaka görə 40%-dən çoxilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70%-dən çox ola bilməz. Artıq bu tələb ilkin ödənişi 40%-dən çox olanlara aid edilmir.