Heydər Əliyev prospektinin "Koroğlu" metrostansiyası qarşısından keçən hissəsi axşam açacaq


İqtisadiyyat 29 Apr 2018 11:57:39 298 0

Heydər Əliyev prospektinin "Koroğlu" metrostansiyası qarşısından keçən hissəsi axşam açacaq

Həmin ərazidə maşınların hərəkəti təmir işləri ilə əlaqədar məhdudlaşdırılıb

Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, sürücülərdən qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almaları xahş olunur.

Yolda hərəkət axşam saatlarında bərpa ediləcək.