Bitkoinin qiyməti 9 min dolları keçib


İqtisadiyyat 24 Apr 2018 11:36:42 237 0

Bitkoinin qiyməti 9 min dolları keçib

Bununla belə, onun kriptovalyuta bazarındakı payı azalmaqdadır

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoininbu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətəticarət olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun qiyməti4,4% artaraq 9 253 dollara çatıb.

Bitkoinin nağd forması - "Bitcoin Cash" isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib.

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 7,5% artaraq 681 dollara, "Ripple"in qiyməti isə5,9% artaraq 0,92 dollara yüksəlib.

Xatırladaq ki, bu ayın ortalarından etibarən bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişib vəyalnız bu gün kriptovalyuta bazarına investisiyalar fonunda qiymət9 min dolları keçib. Hazırda bitkoinin kapitallaşma göstəricisi421,63 mlrd. dollar təşkil edir ki, bu da həftəlik müqayisədə30% çoxdur.

Bununla belə, bitkoinin kriptovalyuta bazarındakı payı azalmaqdadır. Bir həftə bundan əvvəl bazarın 42%-nə nəzarət edən bitkoinin payı hazırda37% təşkil edir.