Azərbaycanın sığorta bazarında dəymiş zərərin qiymətləndirilməsi üçün yeni model tətbiq olunacaq


İqtisadiyyat 20 Apr 2018 16:14:00 255 0

Azərbaycanın sığorta bazarında dəymiş zərərin qiymətləndirilməsi üçün yeni model tətbiq olunacaq

ASA-nın təşkilatçılığı ilə "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun növbəti görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun növbəti görüşü keçirilib.

“Report" ASA-ya istinadən xəbər verir ki,görüşdə qurumun sədri Mustafa Abbasbəyli və digərnümayəndələri, "Audatex Azerbaijan" MMC-nin təmsilçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Aqşin Əlizadə, eləcə də, işçi qrupunun üzvü olan sığorta şirkətlərinin zərərlərin tənzimlənməsi üzrə məsul şəxsləri iştirak edib.

Tərəflər "Audatex" sistemininAzərbaycan bazarına uyğun iki modeli - amortasiya və hərrac modelləriüzrə müzakirələr aparıb.

Amortizasiya modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görə köhnəlmə əmsalı tətbiq edilərək hesablanır.

Hərrac modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir.

Görüş zamanı sığortaçılar hər iki model üzrə mövqe və yanaşmalarını təqdim edib. Sonda hərrac modelinin daha məqsəduyğun olduğu bildirilib.Lakin bu modelin və onunla bağlı qaydaların təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, sığortaçılar bir neçə real hadisələr üzrə zərər tənzimlənməsinin bu sistem üzrə həyata keçirərək onun effektivliyini test etməyə qərar veriblər.

Xatırladaq ki, bu,ASA-nın nəzdində fəaliyyət göstərən "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun sayca 2-ci görüşüdür.