Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması təklif edilir


İqtisadiyyat 19 Apr 2018 12:54:30 375 0

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması təklif edilir

Rusiya bu məsələ ilə bağlı İran, Hindistan və Azərbaycanla müzakirələr aparır

"Rusiya Dəmir Yolları" ASCŞimal-Cənub nəqliyyat dəhlizi üzrəlogistika operatorunun yaradılması ilə bağlı İran, Hindistan və Azərbaycanla müzakirələr aparır.

"Report" "İnterfaks" agentliyinə istinasən xəbər verir ki,bunu qurumun sədri müaviniAleksand Mişarin "TransRussia 2018" forumundadeyib.

"Belə biroperatora ehtiyacımız var. Ötən il vahid tarif müəyyənləşdirmişik, lakin bu, marşrutun inkişafı üçün kifayət deyil. Logistika operatorunun yaradılmasıməsələsi Rusiya-İran Hökumətlərarası Komissiyasının martda keçirilmişiclasında damüzakirə edilib. Hazırda bu danışıqları İran vəAzərbaycanla daaparırıq"- o qeyd edib.

"Rusiya Dəmir Yolları" rəsmisininsözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün formalaşdırılıb: "Dəmir yolları İranın, Azərbaycanın və Rusiyanın dəmir yolu infrastrukturnubirləşdirəcək. Bu dəhlizinpotensialını görürük".