Bakının iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq


İqtisadiyyat 17 Apr 2018 17:40:32 267 0

Bakının iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Həmçinin 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək, 1 marşrut xəttinin fəaliyyəti isə müvəqqəti dayandırılılacaq

Bakının "Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isəMirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri saat 23:00-dan növbəti günsaat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

"Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Bundan başqa,Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 23-dəntətbiq ediləcək və mayın 1-nə qədərqüvvədə olacaq.