"Anglo-Asian Mining Plc." borclarını 43% azaldıb


İqtisadiyyat 16 Apr 2018 15:41:38 245 0

"Anglo-Asian Mining Plc." borclarını 43% azaldıb

Şirkət qızıl və gümüş hasilatının artırıb, mis hasilatını azaldıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin yanvar-mart aylarında "Gədəbəy" yatağında istehsal etdiyi qızılın həcminiötən ilin eyni dövrü ilə müqayisədə26% artırıb.

Bu barədə“Report” şirkətin rüblük hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, "Anglo-Asian Mining Plc." 2018-ci ilin Irübüərzində18 307 unsiya qızıl hasil edib. Bu rəqəm2017-ci ilin I rübündə14 577 unsiya olub.

Şirkət hasilatla yanaşı satış həcmini də artırıb.Belə ki, hesabat dövründə "Anglo-Asian Mining Plc." 14 956 unsiya qızıl külçə satıb. Şirkət hər unsiyanı 1 328 ABŞ dollarından realizə edib. Bu rəqəmlər 1 il bundan əvvəl 8 283 unsiya və1 220 dollar olub.

Əvəzində "Anglo-Asian Mining Plc." mis istehsalını və ixracını azaldıb. Belə ki, bu ilin ilk 3 ayında şirkət 255 ton mis hasil edib. Halbuki, bu rəqəm ötən ilin eyni dövründə 606 ton olub. Bundan başqa, əgər Anglo-Asian Mining Plc." 1 il bundan əvvəl xaricə 4,2 mln. dollar dəyərində 2 230 ton mis satmışdısa, hesabat dövründə bu göstərici 1,7 mln. dollar dəyərində 608 ton mis olub.

Şirkət gümüş istehsalını isə 39 369 unsiyadan 40 583 unsiyaya qaldırıb.

Bundan başqa, yanvar-mart aylarında "Anglo-Asian Mining Plc." borclarını 43% azaldaraq 18,3 mln. dollardan 10,4 mln. dollara endirib. Şirkətin baş icraçı direktoru (CEO) Reza Vaziri bildirib ki, yanvar-mart aylarındahava şəraiti sərt olsa da,uğurlu dövr olub: "Mən məlumat verməyə çox şadam ki, 2018-ci ilin Irübündə borclarımız 7,9 mln. dollar azalıb. Bu rəqəm 2017-ci ilin martında 33,1 mln. dollar olub”.

Qeyd edək ki, son vaxtlarR.Vaziri şirkətdəkipayını 5,4% artıraraq 42,18%-ə çatdırıb.