Maliyyə naziri: "Ehtiyatlı iqtisadi siyasət davam etdiriləcək"


İqtisadiyyat 11 Apr 2018 12:20:41 297 0

Maliyyə naziri: "Ehtiyatlı iqtisadi siyasət davam etdiriləcək"

"Azərbaycan hökuməti iqtisadi siyasətini neftin qiyməti ilə sıx bağlamamağa çalışır"

"Azərbaycanda ehtiyatlı iqtisadi siyasəti bundan sonra da davam etdirməliyik".

"Report"un verdiyi xəbərə görə, bunumaliyyə naziri Samir Şərifov deyib.

"Azərbaycan hökumətiiqtisadi siyasətini neftin qiyməti ilə sıx bağlamamağa çalışır. Bu ilin dövlətbüdcəsində neftin qiyməti bazar qiymətindən xeyli aşağı götürülüb. Hesab edirəm ki, bu ehtiyatlı iqtisadi siyasət bundan sonra da davam etdiriləcək", - o bildirib.

Bundan başqa, onun sözlərinə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-ninsağlamlaşdırılması və bu çərçivədə bankıntoksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırıb: "Bu da imkan verir ki, bankın özəlləşdirilməsi məsələsi daha da aktuallaşsın. Məsələ ilə əlaqədar ölkə prezidentinin müvafiq sərəncamı var,nəzərdə tutuilub ki, sağlamlaşdırma prosesi başa çatdırıldıqdan sonra bank özəlləşdirməyə açıq elan olunabilər. Bu prosesin həyatan keçirilməsi müəyyən hazırlıq işlərin tələb edir. Bankın maliyyə vəziyyəti artıq tam sabitdir, 2017-ci ilin yekunlarına dair hesabat dərc ediləcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli maliyyə institutuna çevrilib. Beləliklə, özəlləşdirmə ilə hazırlıq işlərinə start verilə bilər. Ancaq, bu, vaxt aparan prosesdir,çünki müxtəlif variantlardan biri seçilməlidir".