"Facebook" şəxsi məlumatların oğurlanması barədə bildiriş göndərəcək


İqtisadiyyat 11 Apr 2018 02:47:32 356 0

"Facebook" şəxsi məlumatların oğurlanması barədə bildiriş göndərəcək

Şirkət istifadəçilərə müvafiq xəbərdarlıq göndərmək niyyətindədir

"Facebook" şirkətinin nümayəndələri şəxsi məlumatları üçüncü şəxs tərəfindən oğurlanan istifadəçiləri xəbərdar etmək niyyətindədirlər.

“Report”un xəbərinə görə, bəyanatda qeyd olunur ki, bildiriş xəbər lentində görünəcək.

Bundan əlavə, sosial şəbəkə "sızma"nın hansı proqram və ya sayta görə baş verdiyini müəyyən edəcək.

Şirkətdə həmçinin məlumat tələb edən sayt və proqramların siyahısını yoxlamaq təklif olunur.