II Maliyyə və İnvestisiya Forumunda dövlət və özəl sektordan 15 yerli və xarici spiker təcrübəsini bölüşəcək


İqtisadiyyat 09 Apr 2018 11:17:06 277 0

II Maliyyə və İnvestisiya Forumunda dövlət və özəl sektordan 15 yerli və xarici spiker təcrübəsini bölüşəcək

Tədbir “Rəqəmsal Biznes Trendlər” devizi altında baş tutacaq

Mayın 5-də Bakıda Azərbaycanın aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə keçiriləcək II Maliyyə və İnvestisiya Forumunun spikerləri artıq elan edilib.

Bu barədə “Report”a təşkilatçılar məlumat verib.

Məlumata görə, forum “Rəqəmsal Biznes Trendlər” devizi altında keçirilir. Spikerlər dövlət orqanları və özəl biznes subyektlərini təmsil edir. Dövlət orqanlarından forumda Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edilir. Eyni zamanda İsveç və Kiprdən də xarici spikerlər çıxış edəcək. Ümumilikdə FİF2018-də çıxış edəcək spikerlərin siyahısı isə aşağıdakı kimidir:

I PANEL: İnvestisiya Strategiyaları Açılış nitqi Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Moderator Niyazi Abbasov Baker Tilly Spiker Efe Ezer Societe Generale Bank Spiker Tolga Kotan SOCAR Spiker Yaqub Rəhimov 7Marketz Group Inc Spiker Emin Vəliyev Keepface Sual-Cavab II PANEL: Vergi siyasəti və mühasibat uçotu Moderator Emin İsmayılov ANC Group Spiker Nicat İmanov Vergilər Nazirliyi Spiker Nərmin Hacıyeva Baker Tilly Spiker Müşfiq Əliyev KPMG Spiker Emin Səttarov SM Consulting III PANEL: Maliyyələşmə Strategiyaları Moderator Vüqar Axundov PwC Spiker Orxan Məmmədov Ata Sığorta Spiker Aydın Hüseynov AFB Bank Spiker Xəyalə Nağıyeva Paşa Bank Spiker Taleh Nəhmədov Maliyyə Bazarlarına Nəzarət Palatası

Forumda iştirak üçün ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.

Maliyyə və İnvestisiya Forumu ildə bir dəfəkeçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.