Rusiyanın London Fond Birjasında avrobond yerləşdirməsinə qadağa qoyula bilər


İqtisadiyyat 29 Mar 2018 11:41:44 310 0

Rusiyanın London Fond Birjasında avrobond yerləşdirməsinə qadağa qoyula bilər

Böyük Britaniyanın baş naziri bu barədə təklifi nəzərdən keçirməyə razılıq verib

BöyükBritaniyanın baş naziri Tereza Mey (Theresa May) Rusiyanın borc qiymətli kağızlarının London Fond Birjasında yerləşdirilməsinə qadağa qoymaq barədə təklifi nəzərdən keçirməyə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə İngiltərənin "The Guardian" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə,Londonun klirinq palataları sanksiyalar altında olan Rusiya bankının 4 mlrd. dollarlıq avrobondlarının satılmasına şərait yaradaraq adı çəkilənölkənin suveren borcunun bağlanmasına səbəb olublar. Bu isə Britaniya qanunvericiliyindəki boşluqlarla bağlıdır.

Ölkə parlamentinin beynəlxalq işlər üzrə icma palatası komitəsinin rəhbəri Tom Tuqendxat (Tom Tugendhat) həmin boşluqların aradan qaldırılmalı olduğunubildirib.Bu fikri BöyükBritaniyanın xarici işlər naziri Boris Conson (Boris Johnson) da dəstəkləyib.