Bakıətrafı qəsəbələrdə su xətlərinin yenidən qurulması davam etdiriləcək


İqtisadiyyat 28 Mar 2018 17:28:27 362 0

Bakıətrafı qəsəbələrdə su xətlərinin yenidən qurulması davam etdiriləcək

Bununla bağlı "Azərsu" hökumətə təklif verib

"Ötən il Bakının bir sıra qəsəbələrində içməli su təchizatı ilə bağlıişlər görüldü. Bu il Bakıətrafı başqaqəsəbələrdə bu işləri davam etdirməklə bağlı hökumətə təklif vermişik".

Bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

"Kürdaxanı qəsəbəsində işlərimiz tam yekunlaşıb. Badamdardalayihənin birinci mərhələsini yekunlaşdırdıq. Demək olar ki, bütün qəsəbələrdə iş görmüşük, amma tam başa çatmayıb. Elə qəsəbələr var ki, orda 20% iş görülüb, elə qəsəbələr də var ki, 80% tamamlanıb. Bakıətrafı kənd qəsəbələrdə, Abşeron yarmadasında 8 100km yeni su xətti çəkməliyik, təxminən 2 min kmdən çox çəkmişik. Dübəndi, Türkan, Zirə, Qala, Saray və bağ massivlərində bu işlərəehtiyac var", - deyə o, qeyd edib.

A.Cəbrayıllı əhaliyə verilən içməlisuyun tərkibi ilə bağlıdadanışıb: "Suyun tərkibinə tam zəmanət verilir. Baktoroloji və kimyəvi çirklənmə yoxdur,su standrtlara cavab verir. Səhiyyə Nazirliyi onun keyfiyyət göstəricilərinə nəzarət edir".