Türkiyə rəsmisi: “BTQ regionun taleyini dəyişəcək”


İqtisadiyyat 27 Mar 2018 12:21:28 283 0

Türkiyə rəsmisi: “BTQ regionun taleyini dəyişəcək”

Metin Feyzioğlu: "Bu dəmir yolu xətti Çinin ixracının 20%-ni daşıyacaq"

“Dünya Bankının (WB), Beynəlxalq Valyuta Fondunun (IMF), ABŞ-ın və bütün qlobal güclərin yaratdığı maneələrə baxmayaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başladı”.

“Report” xəbər verir ki, bunu Türkiyə Barolar Birliyinin (TBB) rəhbəri Metin Feyzioğlu deyib.

"Report"un suallarını cavablandıran Türkiyə rəsmisi həmçinin bunları bildirib: “BTQ Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində irəli sürüldü. Çünki Çinin bu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyədən keçmir. Amma bu ölkənin Avropaya göndərəcəyi məhsullar üçün ən qısa yol budur”.

Onun sözlərinə görə, BTQ regionun taleyini dəyişəcək: “Bizim "Dəmir ipək yolu" adlandırdığımız bu dəmir yoluxətti Çinin ixracının 20%-ni daşıyacaq. Bu layihəni hüquqşünaslar sərmayəyə çevirməlidirlər. Hüquqşünasın uğurlu olmadığı yerdə yatırım olmaz. Deməli biz bu xəttin keçdiyi, mal və xidmətlər daşıdığı hər yerdə xidmət göstərəcəyik”.