İrandan Polşaya konteyner daşımalarında vahid tarif tətbiq ediləcək
İqtisadiyyat 16 Mar 2018 11:20:20 322 0
Buna “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə koordinasiya komitəsinin işçi qrupunun iclasında qərar verilib
“Report” bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, bu qərar martın 13-14-də Varşavada (Polşa) keçirilmiş “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə koordinasiya komitəsinin işçi qrupunun iclasında qəbul edilib. Vahid tarifin tətbiqi Hindistandan Avropaya yükün çatdılrılmasını asanlaşdıracaq.
Həmçinin beş ölkənin dəmir yolları vahid informasiya sistemi yaratmağı planlaşdırır. Bu sistem müştərilər, ekspeditorlar və yükdaşıyıcılar arasında platforma rolunu oynayacaq. Hələlik sistemin yaradılması nə vaxt yaradılması tarixi elan edilməyib.
Qeüyd edək ki, “Cənub-Qərb” nəqliyyat dəhlziinin yaradılması haqqında protokol 18 iyun 2017-ci il tarixində Bakıda imzalanıb. Dəhlizin Hindistandan Polşaya ümumi uzunluğu 7 654 km, Bəndər-Abbasla Slavkuv arasında məsafə isə 5 311 km-dir.