“Fitch” "Cənub Qaz Dəhlizi"nin istiqrazlarının reytinqini dəyişməyib


İqtisadiyyat 15 Mar 2018 14:51:46 291 0

“Fitch” "Cənub Qaz Dəhlizi"nin istiqrazlarının reytinqini dəyişməyib

Reytinq üzrə proqnoz isə "Stabil" olaraq qalıb

"Fitch" beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəıhlizi” QSC-nin qorunmayan avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini yenidən "BB+" səviyyəsində qiymətləndirib. 

"Report" agentliyi istinadən xəbər verir ki, reytinq üzrə proqnoz isə "Stabil" olaraq qalıb. 

Xatırladaq ki, Azərbaycan hökumətinin zəmanət verdiyi 2 mlrd. ABŞ dolları dəyərində avrobondlar 2026-cı ilə qədər dövriyyədə olacaq.