Novruz bayramında Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq


İqtisadiyyat 09 Mar 2018 11:43:27 338 0

Novruz bayramında Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq

AZAL bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu "Report"a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, bayramda sərnişin sıxlığının artdığı nəzərə alınaraq Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq. 

"Bununla yanaşı, bütün istiqamətlərdə çarter reyslərinin təşkili, təyyarələrin daha böyükləri ilə əvəzlənməsi mümkündür", - o qeyd edib.