SKMF "ABAD" publik hüquqi şəxsi və "Azər-Türk Bank"la əməkdaşlığa dair niyyət protokolu imzalayıb


İqtisadiyyat 06 Mar 2018 11:07:30 378 0

SKMF "ABAD" publik hüquqi şəxsi və "Azər-Türk Bank"la əməkdaşlığa dair niyyət protokolu imzalayıb

ABADçılar illik faiz dərəcəsi 4% olmaqla güzəştli kredit alacaqlar

© Report/ Elchin Murad

Bakı. 6 mart. REPORT.AZ / Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF), "ASAN Xidmət"in tabeliyindəki "ABAD" publik hüquqi şəxsi və "Azər-Türk Bank" ASC arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

"Report" xəbər verir ki, sənədə əsasən, SKMF "ABAD"çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəkləyəcək, "Azər-Türk Bank" isə müvəkkil bank kimi həmin kreditləri illik faiz dərəcəsi 4 faizdən çox olmamaqla sahibkarlara çatdırıcaq. Elə bugünkü tədbir çərçivəsində ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrdə məşğul olan 12 sahibkara 150 min manat kredit verilib. 

Tədbirdə çıxış edən fondun icraçı direktoru Şirzad Abdullayev deyib ki, indiyə qədər rəhbərlik etdiyi qurum layihələrinin ümumi dəyəri 4,5 mlrd. manat olan 34 600-dən çox sahibkara 2,1 mlrd. manatdan çox güzəştli kredit verib. Verilmiş kreditlərin 75%-i regionların, 25%-i isə Bakının qəsəbələrinin payına düşüb.