“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı azalıb


İqtisadiyyat 26 Fev 2018 17:05:46 372 0

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı azalıb

“Bank VTB 24 (Rusiya)”nın payı “Bank VTB (Rusiya)”ya keçib

“Bank BTV (Azerbaijan)” ASC-nin səhmlərinin 48,99%-nə nəzarət edən “Bank VTB 24 (Rusiya)” bu ilin əvvəlindən “Bank VTB (Rusiya)”ya qoşularaq ləğv olunduğu üçün avtomatik olaraq 1-cinin Azərbaycan bankındakı payı hüquqi varislik qaydasında 2-ciyə keçib.

“Report” xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 0,2 manat olan 124 496 737 ədəd adi, adlı, sənədsiz səhmdən gedir.

Bununla da, “Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı 3-dən 2-yə düşüb, “Bank BTB (Rusiya)”nın Bankdakı payı isə 99,99%-ə yüksəlib. Səhmlərin qalan 0,01%-i isə əvvəlki kimi Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır.