Rusiyanın dövlət bankları bazarın 66%-nə nəzarət edir
İqtisadiyyat 22 Fev 2018 11:01:33 256 0
Bank sektorunun 2-3 il daha təmizlənməsi gözlənilir
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə, "Fitch" beynəlxalq reytinq agentliyinin rəyinə görə, dövlət banklarının bazar payı 66%-ə yüksəlib.
Agentliyin analitiklərinin fikrincə, bu, hələ son deyil. Rusiyada bank sektorunun təmizlənməsi daha 2-3 il davam edə bilər.
"Ötən il Rusiya bank sektorunun kredit portfelini 3 trln. rubl (53 mlrd. ABŞ dolları) və yaxud 7% artıb. Kreditlərin 1,4 trln. rublu ( 24,8 mlrd. dollar) pərakəndə, qalanı isə korporativ kreditlər olub. Ekspertlər bu il pərakəndə kredit portfelinin 1-3%, korporativ kreditlərin isə 5% artacağını proqnozlaşdırırlar", - deyə "Fitch"in açıqlamasında qeyd olunub.
Xatırladaq ki, bu ilin əvvəlinə Rusiya bankların verdiyi kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 10% təşkil edib.