Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığı müzakirə edib


İqtisadiyyat 19 Fev 2018 16:12:33 233 0

Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığı müzakirə edib

İkitərəfli əməkdaşlığın perspektiv istiqaməti kimi Qaz İxrac edən Ölkələr Forumu formatında əməkdaşlıq da müzakirə olunub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Rusiyanın energetika naziri Aleksandr Novak arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri olaraq neft məhsullarının tədarükü, təbii qaz nəqli, eyni zamanda elektrik enerjisi sahəsində əməkdaşlıq xüsusi vurğulanıb.

Bununla yanaşı, OPEC+ razılaşmasının icrası çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

Nazir, xüsusilə də neft bazarını sabitləşdirmək üçün OPEC və qeyri-OPEC ölkələrinin birgə səylərinə Azərbaycanın mühüm töhfəsini qeyd edib. Rusiya-Azərbaycan əməkdaşlığının mühüm perspektiv istiqaməti kimi Qaz İxrac edən Ölkələr Forumu formatında əməkdaşlıq da müzakirə olunub.

A.Novak qeyd edib ki, Forumun işində Qaz İnstitutu vacib rol oynayır: “Hesab edirik ki, İnstitut üzv ölkələrdə aparıcı elmi təşkilatların güclərinin birləşdirilməsində vacib koordinasiya mərkəzi olmalıdır".