Gəncədə “Novruz Bayramı Yarmarkası” keçirilib


İqtisadiyyat 17 Fev 2018 14:50:55 300 0

Gəncədə “Novruz Bayramı Yarmarkası” keçirilib

Yarmarka hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq

Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” keçirilib. 

"Report"un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.

Qeyd edək ki, yarmarka hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq) 21 AZN Un (25 kq) 10.80 AZN Un (10 kq) 4.70 AZN Un (5 kq) 2.40AZN Mal əti (1 kq) 8 AZN Qoyun əti (1 kq) 9 AZN Yumurta (1 ədəd) 0.11AZN Kartof (1 kq) 0.40 AZN Soğan (1 kq) 0.30 AZN Makaron (1 kq) 0.70 AZN Vermişel (1 kq) 0.80 AZN "Final" çayı 1.88 AZN Limonad (1 ədəd) 0.20 AZN Alma (1 kq), Mandarin (1 kq) 1 AZN, 1.50 AZN Kolbasa (1 kq), Sosiska (1 kq) 5 AZN, 4.70 AZN "Bizim Süfrə" mayonez (500 q) 1.87 AZN "Supersun" yağı (1 200 q) 5.30 AZN