Bitkoinin bahalaşmasının səbəbi məlum olub


İqtisadiyyat 16 Fev 2018 11:09:40 268 0

Bitkoinin bahalaşmasının səbəbi məlum olub

Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

Qlobal bazarda "Bitcoin"in (BTC) qiymətinin 10 min dollar hədiini ötməsinin səbəbi investorlardan birinin 9-12 fevral tarixləri arasında orta qiyməti təxminən 8 330 dollar olmaqla 344 mln. dollarlıq, yəni 41 294 BTC alması faktı olub.

"Report" xəbər verir ki, "Bitinfocharts" kriptovalyuta informasiya agentliyinin məlumatına görə, hazırda bu investorun 900 mln. dollar dəyərində 96 651 BTC-i var. "Stockboardasset" kritovalyuta bazarı saytının məlumatına görə, hazırda bu investor BTC sayına görə 3-cü yerdə qərarlaşıb. İlk sıranı 167 203 BTC (1,56 mlrd. dollar), ikinci sıranı 161 340 BTC (1,5 mlrd. dollar) olan investorlar tutur.

Qeyd edək ki, hazırda BTC-nin qiyməti 9 850 dollar təşkil edir.