Azərbaycanda 5 şirkət İPO-ya hazırlaşır


İqtisadiyyat 12 Fev 2018 17:09:48 111 0

Azərbaycanda 5 şirkət İPO-ya hazırlaşır

​Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilə yekun vurub

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ötən ilin yekunlarına dair iclas keçirilib.

“Report” Palataya istinadən xəbər verir ki, iclas qurumun baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə baş tutub.

İclasda, bank sektoru, sığorta, maliyyə bazarları, ödəniş sistemləri, hüquq və maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və digər sahələr üzrə görülmüş işlər geniş müzakirə edilib.

İ.Alışov giriş nitqində Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının tətbiqi, yeni iqtisadi artım modelinə keçid və dayanıqlı inkişafın təmin olunması istiqamətində həyata keçirilən kompleks institusional islahatların ölkə iqtisadiyyatına müsbət təsirini qeyd edərək bildirib ki, makroiqtisadi sabitliyin təmin olunması nəticəsində 2017-ci ildə ölkənin qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) real artımı 2,7% olub. Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası, maliyyə vasitəçiliyinin bərpa edilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, habelə, maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının müdafiəsi məsələlərini ötən il Palatanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib.

Baş icraçı direktor qeyd edib ki, aparılan uğurlu islahatların məntiqi nəticəsi olaraq bank sektorunda da müsbət meyllər müşahidə edilib. 2017-ci ildə əhalinin əmanətləri 1,5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Artım əsasən, manat əmanətləri hesabına baş verib. Belə ki, milli valyutanın məzənnəsinin sabitləşməsi əmanətçiləri xarici valyuta əmanətlərini manata konvertasiya etməyə sövq edib. Ölkənin bank sektorunda 2016-cı ildən başlayan restrukturizasiya tədbirləri və həyata keçirilən nəzarət rejimi bank sektorunun kapital mövqeyinin plana uyğun bərpasını şərtləndirib. Bank sektorunun daha effektiv restrukturizasiya mexanizmlərinin yaradılması ilə bağlı, qlobal və lokal ekspertiza nəzərə alınmaqla “Banklar haqqında” qanuna rezolyusiya ilə bağlı fəsil əlavə edilib. Maliyyə infrastrukturunun genişləndirilməsi istiqamətində 2017-ci ildə kredit bürolarının yaradılması və fəaliyyətinin tənzimlənməsi üçün normativ hüquqi çərçivə formalaşdırılıb və Azərbaycanda ilk özəl kredit bürosu təsis edilib.

İ.Alışov həmçinin bildirib ki, sığorta sektorunda sağlam rəqabət mühitinin təmin olunması, təkmil sığorta bazarının prinsip və əsaslarının formalaşması ilə bağlı müvafiq işlər aparılıb. Bununla əlaqədar, istehlakçıların hüquqlarının müdafiəsi baxımından sığorta vasitəçilərinin fəaliyyəti xüsusi nəzarətə götürülüb. Bundan əlavə, risklərin təkrarsığorta və sığorta bazarı arasında optimal bölüşdürülməsi istiqamətində işlər aparılıb. Sığortaçıların maliyyə dayanaqlılığının diaqnostikası çərçivəsində kapital çatışmazlığı müəyyən olunub, sığorta şirkətləri ilə intensiv iş aparılıb, kapital yetərsizliyinin aradan qaldırılması üzrə proqram tərtib edilib və icrası nəzarətə götürülüb. Kapital tələbinə cavab verməyən 1 sığorta şirkətinin lisenziyası ləğv edilib.

Onun sözlərinə görə, 2017-ci ilin sonuna qiymətli kağızlar bazarında 7 investisiya şirkəti, 2 investisiya fondunun idarəçisi, 1 fond birjası, 1 mərkəzi depozitar və klirinq təşkilatı fəaliyyət göstərir. 2017-ci il ərzində investisiya şirkəti fəaliyyətinə 1 lisenziya verilib. 2016-cı illə müqayisədə qiymətli kağızlar bazarı 12% artaraq 15,7 mlrd. manat təşkil edib.

Qiymətli kağızlar bazarında emitentlərin fond birjasında listinqə çıxış imkanlarının asanlaşdırılması üzrə kompleks tədbirlərin icrasına başlanılıb. Bununla yanaşı, xarici investorların yerli qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması üzrə layihənin icrasına başlanılıb. Bu istiqamətdə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə “Clearstream” və “Euroclear” təşkilatları ilə danışıqlar aparılır. Həmçinin “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir.

Ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində yeni tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib.

İ. Alışov Palata tərəfindən uzunmüddətli dövrə hədəflənmiş requlyativ tədbirlərin həyata keçirildiyini də bildirib. O, qeyd edib ki, bu məqsədlə prudensial tənzimləmə sənədlərinə qabaqcıl beynəlxalq təcrübələri də ehtiva edən layihələr hazırlanıb və bu prosesin davamlı olacağı nəzərdə tutulur. Yeni requlyativ çərçivənin formalaşdırılması zamanı maliyyə bazarları iştirakçılarının mövqeyinə Palata xüsusi diqqət ayırıb, sektoral assosiasiyalar çərçivəsində çoxsaylı müzakirələr aparılıb.

Yekunda İ. Alışov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların özəyində qeyri-neft sektorunun inkişafı durduğunu bir daha vurğulayaraq bildirib ki, Strateji Yol Xəritəsinin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə hədəflər xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə sözügedən hədəflərin müzakirəsi olub, hesabat məruzələri dinlənilib. Strateji Yol Xəritəsi üzrə 2018-ci il üçün nəzərdə tutulan prioritetlərin vaxtında icra olunmasına dair müvafiq tapşırıqlar verilib.

34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı  VİDEO  FOTO like
  • 12 Fev 17:09  
Digərləri 34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı VİDEO FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sa

arrow Ətraflı
Fevralın 13-nə manatın məzənnəsi like
  • 12 Fev 17:09  
Digərləri Fevralın 13-nə manatın məzənnəsi

Fevralın 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi like
  • 12 Fev 17:05  
Digərləri Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Pre

arrow Ətraflı
Damla atasıyla belə vidalaşdı  VİDEO like
  • 12 Fev 17:04  
Şou-biznes Damla atasıyla belə vidalaşdı VİDEO

Müğənni Damlanın atası Qərib Məmmədovun yas mərasimindən görüntülə

arrow Ətraflı
Azərbaycanda holdinq rəhbərliyində DƏYİŞİKLİK oldu like
  • 12 Fev 17:02  
Digərləri Azərbaycanda holdinq rəhbərliyində DƏYİŞİKLİK oldu

Olivye Mestelan “AtaHolding”in Müşahidə Şurasının üzvü vəzifəsini

arrow Ətraflı
Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi (ÖZƏL) like
  • 12 Fev 16:59  
Digərləri Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi (ÖZƏL)

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Pre

arrow Ətraflı
Ombudsman Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb like
  • 12 Fev 16:58  
Digərləri Ombudsman Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Elmira Süleyma

arrow Ətraflı
Tanınmış idmançı taksi sürücüsünün belini qırdı like
  • 12 Fev 16:53  
Dünya Tanınmış idmançı taksi sürücüsünün belini qırdı

Şimali Kiprdə bodibildinq çempionu olan idmançı onu istədiyi yerə aparma

arrow Ətraflı
Ən bahalı heyətə malik klub - "Manchester City" like
  • 12 Fev 16:51  
İdman Ən bahalı heyətə malik klub - "Manchester City"

"CIES Football Observatory" araşdırmaalr mərkəzi Avropanın "böyük

arrow Ətraflı
"Münasib müştəri axtarırdım"  Silah satmaq istəyən şəxs  VİDEO  FOTO like
  • 12 Fev 16:49  
Digərləri "Münasib müştəri axtarırdım" Silah satmaq istəyən şəxs VİDEO FOTO

Bakının Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazi

arrow Ətraflı
Çin səfiri: "Suriyadakı proseslərdə daha fəal iştirak edəcəyik" like
  • 12 Fev 16:46  
Dünya Çin səfiri: "Suriyadakı proseslərdə daha fəal iştirak edəcəyik"

O bildirib ki, Çin 2011-ci ildən Suriyadakı daxili müharibəni uzaqdan müş

arrow Ətraflı
Azərbaycanda restoranın girişinə yazılan bu sözlər görənləri like
  • 12 Fev 16:44  
Digərləri Azərbaycanda restoranın girişinə yazılan bu sözlər görənləri

Sosial şəbəkələrdə yayılan bir foto görənləri duyğulandırıb.

arrow Ətraflı
TRT-də Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq like
  • 12 Fev 16:43  
Digərləri TRT-də Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq

Türkiyənin "TRT Belgesel" kanalında Nargin adası ilə bağlı sənədli film

arrow Ətraflı