İnquşetiya Azərbaycandan Qətərə içməli su tədarük edə bilər


İqtisadiyyat 10 Fev 2018 02:15:54 341 0

İnquşetiya Azərbaycandan Qətərə içməli su tədarük edə bilər

Hazırda Qətərə içməli su tədarükünün logistikası hazırlanır

İnquşetiya Azərbaycan ərazisindən keçməklə Qətərə içməli su nəqli variantını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov deyib.

O, respublikanın hazırda Qətərə içməli su tədarükünün logistikasının hazırlanması üzərində iş getdiyini bildirib:

"Bizim bir neçə variantımız var. İçməli su hava, dəniz və quru yolu ilə tədarük oluna bilər. Qətərin İranla yaxşı münasibətləri var. Ona görə, Novorossiysk, yaxud Mahaçqala və Həştərxan limanlarından dənizlə tədarük mümkündür. Həmçinin Azərbaycandan, İrandan keçməklə "təkər üzərində" [quru yolu ilə] ola bilər".