Müəlliflər üçün yığılan qonorarın illik 5 faizi Müəllif Hüquqları Agentliyinə ödəniləcək


İqtisadiyyat 09 Fev 2018 23:54:11 366 0

Müəlliflər üçün yığılan qonorarın illik 5 faizi Müəllif Hüquqları Agentliyinə ödəniləcək

Vəsait hər növbəti ilin 1 aprel tarixinədək agentliyin hesabına köçürülməlidir

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Nazirlər Kabinetinin qərarına görə, sözügedən illik haqq hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməlidir.