Xızıda yol tikintisinə 2 milyon manat ayırılıb


İqtisadiyyat 06 Fev 2018 18:04:45 277 0

Xızıda yol tikintisinə 2 milyon manat ayırılıb

Prezident İlham Əliyev fevralın 6-da sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 6-da Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.