Azərbaycanın strateji valyuta ehtiyatları 11% artıb
İqtisadiyyat 03 Fev 2018 14:06:19 423 0
Bu ilin əvvəlinə ölkənin ümumi valyuta ehtiyatları 42 mlrd. dollara çatıb
Azərbaycanın strateji valyuta ehtiyatları 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd. ABŞ dolları artaraq bu ilin əvvəlinə 42 mlrd. dollar təşkil edib.
“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə hesabat ilində 34% artaraq 2018-ci ilin əvvəlinə 5,3 mlrd. dollara çatıb.
Mənbə: report.az