"Fitch": Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq


İqtisadiyyat 03 Fev 2018 09:59:10 271 0

"Fitch": Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq

Dollarlaşma dərəcəsi azalmağa davam edir

 "Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyuta - manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə Agentliyin Azərbaycanla bağlı hazırladığı reytinq qiymətləndirməsi hesabatında bildirilib. 

"Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib.