“S&P” Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib


İqtisadiyyat 27 Yan 2018 11:49:43 280 0

“S&P” Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib

Növbəti 4 il ərzində Azərbaycanda ÜDM-in 3,3% artacağı proqnozlaşdırılır

“Standard&Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozunu “neqativ”dən “stabil”ə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, növbəti 4 il ərzində Azərbaycanda ÜDM-in 3,3% artacağı proqnozlaşdırılır.

Agentliyin proqnozuna görə, hökumətin büdcə mövqeyi 2014-cü ildən sonra ilk dəfə artıma qayıdacaq.

“Nəticədə Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada suveren kredit reytinqində proqnozumuzu “neqativ”dən “stabil”ə dəyişir və reytinqi “BB+/B” səviyyəsində təsdiqləyirik”,- məlumatda qeyd edilib.