"Brent" neftinin qiyməti 2014-cü ildən bu yana ilk dəfə 71 dolları ötüb


İqtisadiyyat 25 Yan 2018 07:59:21 322 0

"Brent" neftinin qiyməti 2014-cü ildən bu yana ilk dəfə 71 dolları ötüb

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin 3 dekabr tarixində 71 dollardan yuxarı olub

"Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçersləri 1,5 faiz artaraq bir barel üçün 71,01 dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Londonun "ICE" birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin 3 dekabr tarixində 71 dollardan yuxarı olub.