DGK Azərbaycana siqaretlərin gətirilməsini məhdudlaşdırmaq istəyir


İqtisadiyyat 19 Yan 2018 12:14:58 224 0

DGK Azərbaycana siqaretlərin gətirilməsini məhdudlaşdırmaq istəyir

Fiziki şəxslərin sərhəddən siqaretlərin keçirilməsi qaydalarına dəyişiklik təklif olunur

 Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslərin sərhəddən siqaretlərin keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini istəyir. Bunu "Report"un sualına cavab verən DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, Komitə bununla bağlı müvafiq təklifi parlamentə təqdim edəcək: "Hazırda bir ayda hər bir şəxs 3 blok siqaret keçirə bilər. Biz bunun 1 bloka (10 qutu) salınmasını istəyirik. Düşünürəm ki, təkil qəbul olunsa, b, usiqaret qaçaqmalçılığına qarşı mübarizəyə effektiv təsir edəcək".

DGK sədri sərhədlərin açıq olması, vizasız rejimin tətbiqi kimi amillərin Komitənin fəaliyyətini çətinləşdirdiyini deyib: "Türkiyə tərəfi İraqla sərhəddə bunun unikal həllini tapıb. Quru sərhədi keçən şəxs ən azı 2-3 gün həmin ölkədə qalmalıdır".