Azərbaycan təbii qaz ixracını artırıb


İqtisadiyyat 15 Yan 2018 12:13:36 240 0

Azərbaycan təbii qaz ixracını artırıb

Ötən il ixrac olunan qazın həcmi 12%, dəyəri isə 23% artıb

Azərbaycan 2017-ci ildə 7 543,483 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 1 193,712 mln. ABŞ dolları təşkil edib.

2017-ci ildə ixrac olunan təbii qazın miqdarı 2016-cı ilə nisbətən 12%, dəyəri isə 23% artıb.

Ötən il təbii qaz Azərbaycanın ümumi ixracının 8,64%-ni tutub.