SOCAR-ın Türkiyəyə sərmayələri bu il 20 mlrd. dollara çatacaq


İqtisadiyyat 13 Yan 2018 14:54:32 282 0

SOCAR-ın Türkiyəyə sərmayələri bu il 20 mlrd. dollara çatacaq

Səfir: "Hazırda 40 minə yaxın türkiyəli işçi SOCAR-ın layihələrində çalışır"

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. ABŞ dollarına çatacaq. “Report” xəbər verir ki, bunu Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.

X.İbrahimin sözlərinə görə, SOCAR-ın layihələrində işləyən Türkiyə vətəndaşlarının da sayı kifayət qədər çoxdur: “Hazırda 40 minə yaxın yerli işçi SOCAR-ın layihələrində çalışır. Bu, Türkiyə üçün böyük rəqəmdir”.