Bu il qlobal neft hasilatı 4% azala bilər


İqtisadiyyat 12 Yan 2018 12:43:29 289 0

Bu il qlobal neft hasilatı 4% azala bilər

Əsas azalma Venesuela, İraq, Liviya və Nigeriyada gözlənilir

Venesuela, İraq, Liviya və Nigeriyada neft hasilatı ilə bağlı müşahidə olunan problemlər səbəbindən bu il qlobal neft hasilatı 4% azala bilər. "Report" "Vestifinance.ru" saytına istinadən bildirir ki, adıçəkilən 4 ölkənin neft hasilatında azalma 3 mln. barel təşkil edə bilər.

Bu ölkələr arasında əsas problem Venesuelada yaşanır. "Citigroup"un Əmtəə bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) bildirib ki, 2018-ci ilin sonunadək Venesuelanın neft hasilatı 700 min barel/gün azalaraq 1 mln. barel/gün səviyyəsindən aşağı düşə bilər. Xatırladaq ki, Venesuelada neft hasilatı dekabr ayında 1,7 mln. barel/gün təşkil edib və bu, 1980-ci illərdən bu günədək ən aşağı səviyyədir. Ötən illə müqayisədə isə Venesuelada neft hasilatı təxminən 500 min barel/gün azalıb.

"Venesuela iqtisadiyyatı hər an dağıla bilər. Nəticədə isə Venesuela neft hasialtını artırmayacaq", - deyə Norveçin DNB bankının neft bazarı üzrə baş analitiki Torbyorn Kyus (Torbjorn Kjus) bildirib.