Qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydasının metodiki təlimatında dəyişikliklər edilib


İqtisadiyyat 11 Yan 2018 08:21:21 284 0

Qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydasının metodiki təlimatında dəyişikliklər edilib

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib

İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimatda dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Dəyişikliklər aşağıdakı kimidir:

1.1. II hissənin birinci abzasından “işsizliyə görə” sözləri çıxarılsın;

1.2. V hissənin on doqquzuncu abzasından “(o cümlədən işsizliyə görə verilən müavinətlərin)” sözləri çıxarılsın;

1.3. VII hissənin yeddinci abzası ləğv edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.