Ötən il Azərbaycana gələn turistlərin sayı təqribən 500 min artıb
İqtisadiyyat 10 Yan 2018 21:23:17 304 0
Artım 2016-cı il ilə müqayisədə qeydə alınıb
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
İdxalın təqribən cəmi 1 faiz artdığını deyən dövlətimizin başçısı bunun da təbii olduğunu bildirib.
“Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir”, - deyə Prezident əlavə edib.