BOA kollektor agentliyi Vəkillər Kollegiyasının üzvlərini işə götürəcək


İqtisadiyyat 05 Yan 2018 10:46:25 319 0

BOA kollektor agentliyi Vəkillər Kollegiyasının üzvlərini işə götürəcək

BOA Kollektor Agentliyi: Nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması işimizə ciddi təsir etməyib

Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması “BOA Kollektor Agentliyi” MMC-nin işinə ciddi təsir etməyib.

Bunu “Report”a açıqlamasında şirkətin direktoru Samir Mustafayev deyib.

Xatırladaq ki, BOA kollektor agentliyi əsasən yerli banklardakı problemli kreditlərin yığılması ilə məşğuldur. Hazırda 6-7 bank Agentliklə əməkdaşlıq edir.

“Nümayəndəlik institutu ilə bağlı yenilik o demək deyil ki, banklar bundan sonra vaxtı keçmiş borcların yığılmasını bizə həvalə edə bilməyəcək. Çünki, BOA kollektor agentliyi məhkəmə qətnaməsinin olduğu işlərlə məşğul olur və burada artıq bank sirrindən söhbət gedə bilməz. Yenə də qətnamə əsasında, icra strukturları ilə birlikdə problemli kreditlərin geri qaytarılması ilə məşğul olacağıq”, - deyə o, qeyd edib.

Bununla belə, S.Mustafayevin sözlərinə görə, Agentlik əməkdaşlarının bir qisminin imtahan verərək Vəkillər Kollegiyasının üzvü olmasına çalışacaq və yaxud zərurət yaranarsa Kollegiyaya üzv şəxsləri işə götürəcək: “İndiyə qədər banklarla yanaşı, BOA kollektor agentliyinin xidmətindən müxtəlif fiziki və hüquqi şəxslər, xarici şirkətlər də istifadə edib. Yəni, banklardan əlavə də kiminsə kimdənsə alacağı olub və bu məsələni şirkətimizə həvalə edib. Həmin şəxsləri qanun çərçivəsində məhkəmədə müdafiə etmək üçün Vəkillər Kollegiyasının üzvü olan əməkdaşlara ehtiyac var. İlk növbədə çalışacağıq ki, öz işçilərimiz qanuni vəkil olsunlar. Bu, alınmasa, Kollegiyaya üzv şəxsləri işə qəbul edəcəyik”.